Son Xəbər: Qarabağ Universiteti üçün vakant yerlər AÇILACAQ, DİN-dən bank kartları ilə bağlı XƏBƏRDARLIQ, “Qırmızı Meydan” ziyarətçilər üçün bağlandı, “Semka” da həbs edildi, KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb, Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto, Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı, Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar, Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM, İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib,

Türkiyəyə müalicəyə göndərilən hərbçilərimizin sayı AÇIQLANDI

Türkiyəyə müalicəyə göndərilən hərbçilərimizin sayı AÇIQLANDI

Tarix: 3-04-2021, 16:42

“YAŞAT” Fondu qazilərin müalicəsi üçün Türkiyədəki klinikalardan həkimlər dəvət edirlər”.

Bu barədə jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev məlumat verib:

“Həmin həkimlər bizdə və digər hospitallarda müalicə alan yaralılara da baxış keçiriblər.

Xaricdə müalicəsinə ehtiyac olan yaralıların kimlərin birinci, kimlərinsə ikinci növbədə göndəriləcəyinə dair siyahı tərtib ediblər. Həmin siyahı bizdə də var. O siyahıya uyğun olaraq yaralıları xaricdə müalicəyə göndəririk. Hazırda Türkiyəyə müalicəyə 54 yaralı göndərilib. Onlardan 4-ü artıq geri qayıdıb, 50 nəfərin müalicəsi isə davam edir.

Digərlərinin də getməsi üçün tədbirlər görülür. Yaxın zamanda yaralılardan xaricdə müalicəyə, reabilitasiya və əməliyyata ehtiyacı olanlar da göndəriləcək”.

“İsraildən gələn həkimlərin burada qazilərimizin müalicə və reabilitasiyalarında böyük xidmətləri olub”, - deyə polkovnik qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR