Son Xəbər: Milli Məclisin növbəti iclasının TARİXİ, Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH, “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir, Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA, Aslan Aslanov təltif olundu - FOTO, MİDA-nın vəzifəli şəxsi vəfat etdi,

Təhsil krediti alacaq tələbələrin sayı AÇIQLANDI

Təhsil krediti alacaq tələbələrin sayı AÇIQLANDI

Tarix: 25-11-2021, 13:52


"Azərbaycanda 146 373 tələbə ödənişli əsasla təhsil alır".

Bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, həmin tələbələrdən 98 430 nəfəri bakalavriat, 12 051 nəfəri magistratura, 35 892 nəfəri isə subbakalavriat üzrə təhsil alır: "Ödənişli təhsil alan 146 mindən çox tələbənin 20 200 nəfəri dövlət hesabına oxuyur. Onlardan da 17 500-ü bakalavr, 1 200-ü magistr, 1 500-ü subbakalavrdır".

İ.İsayev qeyd edib ki, ödənişli əsaslarla oxuyan tələbələrdən təhsil haqqı ödəyənlərin sayı 126 173 nəfərdir: "Onlardan 80 930-u bakalavr, 10 851-i magistr, 34 392 nəfəri isə subbakalavrdır".

O eyni zamanda ödənişli əsaslarla təhsil alanlardan TTK almaq hüququ olanların sayını da açıqlayıb. Onun sözlərinə görə, bu hüquqa malik olan tələbələrin sayı 56 208 nəfərdir: "Onlardan 40 465 nəfəri bakalavr, 5 426-sı magistr, 10 317-si isə subbakalavrdır".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR