Son Xəbər: Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq,

“Virtual təhsilə dəstək” layihəsinə start verilir - Video

“Virtual təhsilə dəstək” layihəsinə start verilir - Video

Tarix: 2-09-2020, 18:22


Təhsil sektorunun inkişafı və təhsil yönümlü layihələrə xüsusi dəstək göstərməklə töhfə vermək, müasir telekommunikasiya xidmətlərinin təminatçısı olan ENGİNET şirkətinin strateqiyasının əsas ana xəttini təşkil edir. Şirkətin bu istiqamətdə fəaliyyəti genişzolaqlı optik internet bağlantısı üzərindən informasiya texnologiyalarının açdığı geniş imkanları hər bir vətəndaş və xüsusi ilə təhsil işçiləri üçün əlçatan etmək, bu imkanları təhsildə tətbiq edilməsində vasitəçi olmağına yönəlib.

Belə ki, dünya və ölkə üzrə mövcud pandemiya durumunu nəzərə alaraq, ENGİNET şirkəti təhsil sahəsində çalışan vətəndaşlar (təhsil verənlər) üçün telekommunikasiyanın geniş imkanlarını açaraq, “Virtual Məktəb” və digər tədris platformalarından rahat və çevik istifadə etməsinə şərait yaradacaq  “Virtual təhsilə dəstək” layihəsini həyata keçirməyə başlamışdır.

Layihə çərçivəsində təhsil işçilərinə məsafədən tədris prosesinin keyfiyyətli təşkili üçün əsas amillərdən biri hesab olunan yüksəksürətli internet, güzəştli mobil rabitə, təhsildə texnoloji biliklərin artırılması üçün təlimlərdə güzəştli iştirak imkanı, Azərbaycan Təhsil Şəbəkəsi və dünyamiqyaslı GEANT elmi şəbəkəsinə çıxış və virtual təhsilin tətbiqi üzrə texniki dəstəyin təqdim olunması nəzərdə tutulub.  O cümlədən, layihə çərçivəsində müəllimlərin motivasiyasına yönəlmiş müsabiqə, vebinar, təlim və digər bu kimi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR