Son Xəbər: IMF hələ də FED-in monetar siyasətini yumşaldacağını gözləyir, Qarabağ Universiteti üçün vakant yerlər AÇILACAQ, DİN-dən bank kartları ilə bağlı XƏBƏRDARLIQ, “Qırmızı Meydan” ziyarətçilər üçün bağlandı, “Semka” da həbs edildi, KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb, Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto, Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı, Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar, Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM,

Azərbaycanda peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsi üçün yeni layihə başlayır

Azərbaycanda peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsi üçün yeni layihə başlayır

Tarix: 7-09-2020, 19:19


Peşə təhsilinin müasirləşdirilməsi istiqamətində Avropa İttifaqı ilə yeni layihəyə start verilib.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Belə ki, sentyabrın 7-də Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığına dəstək və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5.6 milyon avro dəyərində yeni layihəyə başlayıb.
Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirəcəyi dörd illik layihə əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə əsaslanan öyrənmə üçün peşə təhsili müəssisələrini müasirləşdirməkdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq.
Layihə seçilmiş yeddi peşə təhsili mərkəzinə innovativ layihələrin tətbiqi ilə infrastruktur, avadanlıqların müasirləşdirilməsi, habelə müxtəlif təlim və tədbirlərin dəstəklənməsi ilə Azərbaycanda peşə təhsili müəssisələrinin potensialının yüksəldilməsi məqsədinə xidmət edəcək. Peşə təhsili mərkəzlərində təhsil alan 5 mindən çox tələbə bu təşəbbüsdən faydalana biləcək.
Layihə karyera xidmətləri, rəqəmsallaşdırma vasitəsilə bacarıqların inkişafı, özəl sektorla əməkdaşlıq, həmçinin COVİD-19 pandemiyasının təsirlərini azaltmaq üçün müvafiq avadanlıq və vasitələrin satınalınması kimi müxtəlif sahələr üzrə işlərin icrasını nəzərdə tutur.
Layihə Avropa İttifaqının ‘Məşğulluq üçün Təhsil’ 2018 İllik Fəaliyyət Proqramı çərçivəsində maliyyələşdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR