Son Xəbər: Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar, Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI, İlham Əliyev Zelenskini COP29-a dəvət edib, Deputatlar 18 məsələni müzakirə edir, Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?,

Yıxıldığı deyilən şagird məktəbdə intihara cəhd edibmiş

Yıxıldığı deyilən şagird məktəbdə intihara cəhd edibmiş

Tarix: 8-09-2020, 12:03


Sentyabrın 7-də saat 09 radələrində Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin 9-cu (b) sinif şagirdi Solmaz Hacıyevanın məktəbin 3-cü mərtəbəsində yerləşən otaqlardan birinin pəncərəsindən özünü yerə ataraq intihara cəhd etməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan  verilən məlumata görə, iş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Hazırda Solmaz Hacıyeva stasionara yerləşdirilməklə onun səmərəli müalicəsi üçün zəruri tədbirlərin görülməsi təmin edilir.

Təhsil Nazirliyi ilə əlaqəli şəkildə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə peşəkar mütəxəssislər cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

Xatırladaq ki, dünən məktəbdən “Qafqazinfo”ya şagirdin intihara cəhd etməsi haqda xəbəri təkzib etmişdilər. Bildirilmişdi ki, 10-cu sinif şagirdi məktəbdə texniki işçi işləyən anasının dalınca gəlib və yıxılaraq ayağından xəsarət  alıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR