Son Xəbər: “Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”, Bağça müdiri olmaq istəyənlər imtahan verəcək, Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI, Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir, Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM, Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi, Şəhidimizin bacısına yüksək vəzifə VERİLDİ, Kosova Avropa Şurasına üzv olur, Ramazanın 18-ci gününün DUASI, Vardanyan Bakı ilə İrəvan arasında sülh sazişini pozub,

Daha 52 məktəbə direktor təyin edildi

Daha 52 məktəbə direktor təyin edildi

Tarix: 14-09-2020, 18:42

2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələri məlum olub.
 
Təhsil Nazirliyindən bildirilib ki, nəticələrə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib. Bununla da, 2019-2020-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçirilir. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, imtahan, müsahibə və vakant yerlərə yerləşdirmə) ibarətdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR