Son Xəbər: Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq,

Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi bağlanacaq

Dönərxanalarda işləyənlərlə əmək müqaviləsi bağlanacaq

Tarix: 15-09-2020, 13:21


“Dönər biznesi ilə məşğul olan obyektlərdə həssas təbəqədən olan insanların ən az iki il müddətində əmək müqaviləsi ilə işə başlaması da nəzərdə tutulur”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Beynəlxalq Əlaqələr və Layihələrlə İş Departamentinin direktoru Hacı Əliyev deyib.

O qeyd edib ki, nazirlik yanında Dövlət Məşğulluq Agentliyi dönərxanaların sağlamlaşdırılması layihəsi çərçivəsində həmin qida obyektlərini lazımi avadanlıqlarla təmin edəcək.

Xatırladaq ki, layihənin icra müddəti 2020-2021-ci illəri əhatə edəcək. Layihə  üzrə tələb olunan sənədlərin, qrafik-dizayn işlərinin, idarəetmə üçün nəzərdə tutulmuş nəzarət cədvəllərinin tərtib olunması, təlim materiallarının hazırlanması, təmir və ya yenidənqurma işlərinin aparılması, lazımi avadanlıqlarla təchizat, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövrü yoxlamaların aparılması kimi tədbirlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçiriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR