Son Xəbər: Akardan yunanlara xəbərdarlıq: İcazə vermərik!, Ölkəmizdə korona ilə bağlı son durum: yoluxma sayı azaldı,

Dövlət büdcəsi Nazirlər Kabinetinə təqdim edildi

Dövlət büdcəsi Nazirlər Kabinetinə təqdim edildi

Tarix: 15-09-2020, 18:42


2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri Nazirlər Kabinetinə təqdim olunub.
Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mais Piriyevin APA-ya verdiyi məlumata görə, “Büdcə sistemi haqqında” qanuna və “2021-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23s nömrəli 24 yanvar 2020-ci il tarixli sərəncamına uyğun olaraq, 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.
Xatırladaq ki, Maliyyə Nazirliyi 2021-ci ilin dövlət büdcə layihəsində gəlir və xərclərinə dair rəsmi proqnozları açıqlanıb.
Proqnozlara əsasən, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon, xərcləri isə 25 milyard 847 milyon 500 min manat olacaq.
Gəlirlərin 13 milyard 950 milyon manatının neft sektorunun, 10 milyard 377 milyon manatının isə qeyri-neft sektorunun payına düşəcəyi bildirilir.
Neft sektoru üzrə büdcə gəlirlərinin 12 milyard 200 milyon manatını Dövlət Neft Fondundan transfertlər, 1 milyard 750 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmaların təşkil edəcəyi gözlənilir.
2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 35 ABŞ dollarına bərabər götürülüb.
Xərclərin isə 18 milyard 106 milyon 600 min manatını cari xərclər, 5 milyard 389 milyon 100 min manatını əsaslı xərclər, 2 milyard 351 milyon 800 min manatını dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir.
Qeyd edək ki 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri isə 27 milyard 492 milyon 200 min manat məbləğində müəyyən edildi.




RƏYLƏR


XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR