Son Xəbər: ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar, Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI, İlham Əliyev Zelenskini COP29-a dəvət edib,

Bloger abunəçilərinin sayını artırmaq üçün özünü “öldürdü”

Bloger abunəçilərinin sayını artırmaq üçün özünü “öldürdü”

Tarix: 18-09-2020, 08:57


“Tik-Tok” sosial şəbəkəsində təxminən üç milyon abunəçisi olan Pakistanlı bloger Adil Radjput populyarlığını artırmaq üçün qəbuledilməz vasitəyə əl atıb.  
“Devdiscourse” xəbər verir ki, blogerin həyat yoldaşı A. Radjputun yol nəqliyyat qəzası nəticəsində öldüyü barədə yalan məlumat yayıb.
Blogerin abunəçiləri xəbəri eşidən kimi onun evinə axışıblar və məlum olub ki, A.Radjput tam sağlamdır.
Xəbəri ictimailəşdirən A.Radjuputun xanımı yeni video yükləyərək ona yanlış məlumat verildiyini deyərək, mətbuatı da bu səhv xəbəri yaydığına görə ittiham edib.
Lakin internet istifadəçilərinin əksəriyyəti hesab edir ki, cütlük populyarlıq naminə saxta ölüm xəbərini yayıb.
Bununla belə, hadisə internetdə geniş müzakirə olunub, “#AdilRajput” həştəqi qısa müddətdə trendə çevrilib və blogerin öldüyünü iddia edən həyat yoldaşının videosu 7,6 milyon dəfə izlənilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR