Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Xəstəxana ərazisi antisanitariya mənbəyinə çevrilib - ŞİKAYƏT

Xəstəxana ərazisi antisanitariya mənbəyinə çevrilib - ŞİKAYƏT

Tarix: 19-09-2020, 11:15


Yevlax sakinləri həyəcan təbili çalırlar - mərkəzi regional xəstəxananın ətrafı istifadə edilmiş damcısalanlar, şprislər, dərman paketləri və başqa tullantılarla doludur.

Yerli sakin Ceyhun Məmmədov “@SputnikAze”-yə bildirib ki, vəziyyət təkcə pandemiya təhlükəsi ilə bağlı yox, həm də ona görə acınacaqlıdır ki, xəstəxananın yaxınlığında uşaq bağçası yerləşir.

“Bu, xüsusilə bizim uşaqlarımız üçün çox təhlükəlidir. Oraya atılan bütün tullantılar yoluxucu xəstəliklərin mənbəyi ola bilər, eyni zamanda nəzərə almaq lazımdır ki, istifadə edilmiş bu tibbi avadanlıqların üzərində xəstə insanların qanı var”, - deyə şikayət edən şəxs bildirib.

Xəstəxanadan məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Rayonun Kommunal Təsərrüfatı İdarəsindən isə şikayətə cavab verilib.

İdarənin xidmət direktoru Nazim Səlimov bildirib ki, bu acınacaqlı duruma səbəb xəstəxananın artıq beşinci aydır ki, zibil yığımı üçün ödənilməli olan pulu verməkdən imtina etməsidir.

“Son yarım ay ərzində bizimlə müqaviləni yeniləmək istəmədiklərini görüb onlara xidmət göstərməyi dayandırdıq”, - deyə N.Səlimov söyləyib.

İdarənin xidmət direktoru vurğulayıb ki, əgər xəstəxana onlarla müqavilə imzalayarsa ərazidə olan zibil dərhal yığışdırılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR