Son Xəbər: Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar, Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI, İlham Əliyev Zelenskini COP29-a dəvət edib, Deputatlar 18 məsələni müzakirə edir,

Şəkidə ev partladı: İki nəfər yaralandı

Şəkidə ev partladı: İki nəfər yaralandı

Tarix: 24-11-2020, 10:13

Şəki rayonunun Çeşməli kəndində ümumi sahəsi 108 kvadrat m olan birmərtəbəli 4 otaqlı evdə  partlayış və yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Partlayış dalğasının təsirindən evin dam örtüyü qısmən çöküb, pəncərə çərçivələri yerindən çıxıb.

Partlayış nəticəsində baş verən yanğında ümumi sahəsi 24 kvadrat m olan bir otağın lambirindən ibarət tavan və içərisində ev əşyaları yanıb.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayış məişət qaz sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR