Son Xəbər: “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN, Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı, Şahmar Hüseynova yeni vəzifə verildi, Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən, Sabah bu rayonda qaz olmayacaq, İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU, Taksilər yalnız bu rənglərdə olacaq - Qərar, Azad Rəhimovun oğlu dindirilib, Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş..., AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq,

“Hazırda koronavirusa qarşı effektli müalicə yoxdur” - ÜST rəsmisindən XƏBƏRDARLIQ

“Hazırda koronavirusa qarşı effektli müalicə yoxdur” - ÜST rəsmisindən XƏBƏRDARLIQ

Tarix: 24-11-2020, 10:45


“Hazırda koronavirusa qarşı effektli müalicə yoxdur. Hazırkı dövrdə antimikrob dərmanlardan istifadə bu preparatlara qarşı davamlılığınn yaranmasına səbəb ola bilər”.

Bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

Onun sözlərinə görə, antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır:

“Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin səkkiz faizində bakterial və ya göbələk infeksiyası var. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir.

Yüngül gedişli xəstəliklərdə antibiotiklərdən istifadə edilməsi düzgün deyil”.

O qeyd edib ki, COVID-19 pandemiyası dünyada antibiotiklərdən istifadənin artmasına səbəb olub:

“Antibiotiklərdən düzgün istifadə edilməməsi onun təsirinin azalmasına səbəb ola bilər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR