Son Xəbər: Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir, ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir, Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, Azərbaycanda yeni kollec yaradıldı, Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi, Sabah dörd rayonda təbii qaz kəsiləcək, İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?, Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?,

Virus əleyhinə vaksinlər 100 faiz qorumur? - "Şok effekti öldürə bilər"

Virus əleyhinə vaksinlər 100 faiz qorumur? - "Şok effekti öldürə bilər"

Tarix: 6-01-2021, 17:34

Norveçdə COVID-19 əleyhinə peyvənd olunmuş iki şəxs bir neçə gün sonra dünyasını dəyişib.

Qeyd etməliyik ki, Norveçdə Amerikanın “Pfizer” şirkəti və onun alman partnyoru “BioNTech” tərəfindən istehsal edilmiş preparatdan istifadə ilə vaksinləmə ötən ilin 27 dekabrında başlayıb. Yaranan vəziyyət şübhəli məqamlar doğurur. Peyvəndləmə prosesindən sonra şəxslərin ölməsi peyvəndlərə qarşı inamsızlıq yaradıb.

COVID-19 əleyhinə hazırlanmış peyvəndlər 100 faiz qoruyurmu?

Bu barədə Cebhe.info-ya açıqlamasında həkim-terapevt Rasif Bağırov bildirib ki, vaksinlərin sınaq müddəti 10 ildən az olmamalıdır:

"Norveç Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. Təsəvvür edin, Norveçdə iki nəfər peyvənddən sonra ölübsə, inkişaf etməkdə olan ölkələrdə istifadə edilən peyvəndlər hansı təsir yaradar. Avropa vaksini belə “oyun” çıxardırsa, Rusiyayla Çin vaksini görəsən, nə “oyun” çıxaracaq? Ona görə də insanlarda vaksinlərə qarşı inamsızlıq və qorxu yaranır. Gəlib çıxmamış artıq insanlarımızda inamsızlıq müşahidə edilir. Bu da haqlı mövqedir. Çünki vaksinlər ən azı 10 illik sınaqdan keçirilməlidir. Bu vaksinlərin heç biri 10 illik sınaqdan keçməyib axı. İnsanlar da bilmir ki, həmin vaksin 1-2 ildən sonra bədəndə nə təsir göstərəcək, hansı orqanı dağıdacaq? Bu da qorxu hissinin yaranmasına səbəb olur".

Həkimin sözlərinə görə, peyvənddən sonrakı ölüm virusla yox, vaksinlə bağlı məsələdir:

"Şəxs peyvənd edilir, bir neçə gün sonra həyatını itirirsə, bu, vaksinin bədəndə yaratdığı, orqanizmə yad olan fəsadla bağlıdır. Məsələn, ola bilər ki, peyvənd həmin şəxslərdə şok effekti yaradıb. Ya da ehtimal oluna bilər ki, qanda laxtalanma prosesi yaranıb. Qısa müddətdə ölüm bundan ola bilər. Yox, əgər orada zəiflədilmiş ştamm getdikcə virusun yaratdığı xəstəliyi artırmaq gücündə olubsa, iki günə xəstəni öldürməz. Hələ bir müddət xəstənin ağciyərində iltihabi proses yaradar, inkişaf dövrü keçər, nə qədər müalicədən sonra xəstə sağalmaz. O zaman deyilə bilər ki, peyvənddən yaranmış virus xəstəni öldürdü. Amma burada virus öldürməyib, vasin öldürüb. Demək ki, həmin vaksin bədəndə ləng inkişaf edən şok effekti yaradıb".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR