Son Xəbər: İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar, Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video, ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar,

DİN-dən avtoxuliqanlıq edən şəxsin döyülməsi iddiaları ilə bağlı AÇIQLAMA

DİN-dən avtoxuliqanlıq edən şəxsin döyülməsi iddiaları ilə bağlı AÇIQLAMA

Tarix: 9-02-2021, 20:24

Bəzi sosial şəbəkə seqmentlərində Sumqayıt Polis İdarəsində vətəndaşın polis tərəfindən döyülməsi və  idarənin zirzəmisində saxlanılması ilə bağlı iddialar yayılıb. 
Bununla bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.
O bildirib ki, qeyd olunan halların bütün xüsusatları araşdırılır. 
"Vətəndaşın Sumqayıt şəhərində iri tutumlu avtobusla sərxoş vəziyyətdə axşam saatlarında avtoxuliqanlıq hərəkətləri ilə müşaiyət olunan əməllərinin videogörüntüləri sosial şəbəklərdə yayılaraq, geniş ictimai rezonans yaradıb. Həmin şəxsin ailə üzvləri ictimai təhülkəli əməl törədən şəxsin üzərindən cinayət təqibini dayandırmaq, yaxud dəyişdirmək məqsədilə əsassız, həqiqətəuyğun olmayan məlumatlar yayır. 
Daha böyük faicə ilə nəticələnə biləcək bu hərəkətin qarşısını almaq üçün polislər süni tıxac yaratmaq məcburiyyətində qalıblar. Avtobus yüksək sürətlə tıxacdakı polisin xidməti avtomobilinə çırpılıb. Sürücünün sifət nahiyəsi sükana dəyərək, burun çəpərinin zədələnməsi burun və  gözətrafı nahiyədə göyərmə, ödem (şişkinlik) yaranıb". 
Vətəndaşın zirzəmidə saxlanmasına da toxunan E.Hacıyev əlavə edib ki, o, zirzəmidə yox, törətdiyi əmələ görə məhkəmə hökmünə əsasən, istintaq təcridxanasına yerləşdirilib.
Hazırda şəhər prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, istintaq hərəkətləri davam etdirilir. Vətəndaşın xəsarət alması ilə nəticələnən hala görə ekspertiza təyin edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR