Son Xəbər: Ayrılan pullar bizə çatmır - Zelenski, Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır, Həmid Nurinin oğlu da İsveçdə həbs edildi, Kreml Puqaçova ilə bağlı açıqlama yaydı, “Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR, Milli Məclisin növbəti iclasının TARİXİ, Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH, “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı,

Açıq havada maska taxmaqla bağlı DİN-dən açıqlama

Açıq havada maska taxmaqla bağlı DİN-dən açıqlama

Tarix: 13-02-2021, 21:54


"Açıq havada tibbi maskadan istifadə etməməklə bağlı fikir TƏBİB-in rəsmi mövqeyi deyil. Qurum təmsilçisinin şəxsi fikridir. Azərbaycanda tibbi maskalardan istifadə Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən olunub”.
Bu fikirləri DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB-nin efirində deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, açıq və qapalı məkanlarda, bir və ya iki şəxsin hərəkət etdiyi ictimai yerlərdə tibbi maska taxmaq məcburidir:

"Bununla bağlı dünən rəsmi olaraq TƏBİB-dən açıqlama verilib ki, bu, onların rəsmi mövqeyi deyil. Cəmiyyətdə çaşqınlıq yaranmamalıdır. Pandemiya hələ bitməyib. Qaydalara ciddi şəkildə əməl edilməlidir ki, dövlət növbəti yumşaldılma tədbirlərini davam etdirsin.

Bu, hər birimizdən asılıdır. İndiyədək çəkilən əziyyət hədər getməməlidir. Hər bir vətəndaşın üzərinə düşməli olan vəzifə indiki vəziyyətdə tibbi maskalardan düzgün istifadə edilməsidir.

Bu, həm də qənunvericilik normasıdır. Yəni dövlətin məcburetmə tədbiridir. Əgər kimsə müvafiq yerlərdə tibbi maskadan istifadə etməzsə, polis tərəfindən aşkarlandıqda həmin şəxs barəsində
 qanunvericiliyə uyğun tədbirlər görüləcək”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR