Son Xəbər: Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları, Türkiyə Livandakı vətəndaşlarına xəbərdarlıq etdi, Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel, Brüssel görüşünün təfərrüatları - Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH, Prezidentdən Şuşa ilə bağlı - Sərəncam, Avropa İttifaqından Gürcüstana "xarici agentlər" qanunu barədə 4-cü ÇAĞIRIŞ, Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib, Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb, Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı, Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur,

Ona görə 60-dan çox yük maşını Şuşaya rus sülhməramlılarının müşayiəti ilə çatdırılıb... - NƏ BAŞ VERİR?

Ona görə 60-dan çox yük maşını Şuşaya rus sülhməramlılarının müşayiəti ilə çatdırılıb... - NƏ BAŞ VERİR?

Tarix: 16-02-2021, 09:16


Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları Azərbaycanın iki nəqliyyat karvanının Dağlıq Qarabağ ərazisindən keçməsinin təhlükəsizliyini təmin ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Vurğulanıb ki, Rusiya hərbi personalının müşayiəti ilə 60-dan çox yük maşını Şuşa yaşayış məntəqəsinin infrastrukturunu bərpa etmək üçün tikinti materialları çatdırıb:
“Rusiya sülhməramlı kontingenti üçtərəfli razılaşmanın ciddi şəkildə həyata keçirilməsinə və bölgədə dinc həyatın bərpasına töhfə verməyə davam edəcək”. Rus sülhməramlılarının Azərbaycana məxsus yük maşınlarını Qarabağın dağlıq hissəsində müşayiət etməsi ölkə ictimaiyyətində ciddi narazılığa səbəb olub. Etirazını bildirənlərin sözlərinə görə, Azərbaycana məxsus avtomobillər ölkə sərhədləri daxilində istədikləri yerə sərbəst gedib-gəlmək imkanına malik olmalıdır. Lakin digərləri hesab edirlər ki, Qarabağın ermənilər yaşayan bölgələrində hələ də terror və təxribat təhlükəsi qalmaqdadır.

Politoloq Natiq Miri “Şərq”ə bildirib ki, Qarabağda erməni silahlıları hələ də qalmaqdadır. Ekspertin sözlərinə görə, Ermənistan Ordusunun nəzarətindən kənar bəzi silahlı qruplar müəyyən siyasi dairələrin təlimatını həyata keçirirlər:

“Belə qruplaşmaların Qarabağda mövcudluğu bizim üçün potensial təhlükədir. Təxribata meyilli silahlılar olan ərazilərdən Azərbaycana məxsus mülki maşınların keçməsi risklidir.

Rusiya sülhməramlıları bu reallıqları bildikləri üçün Azərbaycanın 60 tırına yol boyunca müşayiət etmək məcburiyyətindədir. Hadrut və digər bölgələrimizdə baş verən erməni terror aktlarını unutmamışıq. Bənzər təhlükələr qalmaqdadır”.

Analitik vurğulayıb ki, erməni silahlıları Qarabağdan tamamilə çıxarılmadığı və yerli əhalidən silah-sursat yığılmadığı müddətcə, potensial təhlükədən heç birimiz sığortalı deyilik:

“Azərbaycan xalqının narahatlığı başadüşüləndir. Öz torpaqlarımızda bir bölgədən başqa yerə rus sülhməramlılarının müşayiəti ilə hərəkət etmək heç də xoşagələn hal deyil. Ancaq hesab edirəm ki, bundan sonrasını düşünmək lazımdır. Azərbaycan dövlətinin suveren hüquqları bütün ərazilərimizdə tam bərpa olunmalıdır. Həmin ərazilərdə idarəetmə bizdə olduqdan və hüquq-mühafizə orqanlarımız fəaliyyətə başladıqdan sonra sərbəst və təhlükəsiz gediş-gəliş mümkün olacaq”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR