Son Xəbər: Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı, Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR, “Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb, KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya” mövzusunda çıxış edib, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir, UEFA “Barselona” klubunu cərimələyib,

Konservatoriyanın 73 yaşlı professoru Məmmədağa Kərimov peyvənd barədə: “Heç bir şübhə yox idi”

Konservatoriyanın 73 yaşlı professoru Məmmədağa Kərimov peyvənd barədə: “Heç bir şübhə yox idi”

Tarix: 16-02-2021, 19:46

Yanvarın 18-dən etibarən ölkəmizdə COVID-19 əleyhinə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibb işçilərinin, fevralın 8-dən etibarən 65 yaşdan yuxarı şəxslərin, dörd gün sonra isə polis əməkdaşlarının peyvənd olunmasına başlanılıb. Bugünlərdə dövlət orqanları əməkdaşları da peyvəndlənmə prosesinə cəlb olunublar.

Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Milli Konservatoriyanın professoru Məmmədağa Kərimov və xanımı da məhz fevralın 8-də “Sinovac” peyvəndinin ilk dozasını vurdurublar.

“Mənim 73 yaşım var, 50 ildən çoxdur ki, tələbələrə dərs deyirəm. Fəaliyyətim insanlarla sıx ünsiyyəti tələb etdiyinə görə, mütləq peyvənd olunmalı idim.

Fevralın 8-də həyat yoldaşımla internet üzərindən müvafiq veb saytda qeydiyyatdan keçdik və peyvəndin hansı gündə veriləcəyini öyrəndik. Prosedurdan dərhal əvvəl həkimlər səhhətimizlə maraqlandılar. Yaşlı insanların böyük əksəriyyəti kimi, sağlamlıq problemlərimiz var. Xüsusilə ürək-damar sistemi xəstəlikləri, hipertaniya. Ancaq bunların heç biri peyvənd üçün əks göstəriş deyil. Vaksinasiyadan sonra yan təsirlərin olmadığından əminlik üçün xəstəxanada daha 20 dəqiqə qaldıq. Özümüzü yaxşı hiss edirik. Vaksinasiyanın nəhayət pandemiyaya son qoymasını istərdik”, -deyə M.Kərimov Media.Az-a bildirib.

“Həyat yoldaşımla heç bir şübhəmiz yox idi. Ancaq dostlarımız arasında Azərbaycanda istifadə olunan peyvəndin effektivliyinə inanmayanlar var, xaricdə peyvənd olunmaq istəyirlər. Düşünürəm ki, bu xəstəlik Çində başladığı üçün məhz onlar bu virusla necə davranmağı daha yaxşı bilirlər”, - deyə professor qeyd edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR