Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Ermənilər Qarabağ iddiasından əl çəkmək niyyətində deyillər: - bu da yeni planları

Ermənilər Qarabağ iddiasından əl çəkmək niyyətində deyillər: - bu da yeni planları

Tarix: 17-02-2021, 09:45


Ermənistanın Qarabağ iddiaları səngimir. RİA Novosti-nin yazdığına görə, Qarabağdakı separatçılar rus dilini rəsmi dil elan etmək niyyətindədirlər. Separatçıların lideri Araik Arutyunyan tanınmamış "respublika"nın "parlament"inin təqdim etdiyi "Dil haqqında" qanun layihəsini imzalayıb.

Layihədə vurğulanır ki, "Dağlıq Qarabağ respublikasının" rəsmi dilləri ədəbi erməni və rus dilləridir. Yəni "dövlət orqanları", "hüquqi şəxslər", müəssisələr və təşkilatlar iş icraatlarını erməni və lazım gələrsə, rus dilində aparmalıdırlar. Həmçinin çap materiallarının da - kitabların, dərsliklərin, məlumat kitabçalarının, elmi-metodiki və elmi-populyar ədəbiyyatın da iki dildə olması təşviq ediləcək.
Ermənilər layihəni "Qarabağla Rusiya arasında mədəni, hərbi, iqtisadi münasibətlərin, tarixi yaddaşın və bir çox qarabağlı üçün rus dilinin ikinci ünsiyyət dili olmasının nəzərə alınması gərəyi" ilə əsaslandırıblar. Onlar belə qənaətə gəliblər ki, "Rusiya sülhməramlılarının bölgədə uzunmüddətli mövcudluğu, sosial, kommunikativ, tikinti, səhiyyə, təhsil və elm sahəsində əməkdaşlıq rus dilinin roluna yenidən baxılmasını tələb edir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR