Son Xəbər: İraqın baş naziri: Ərazilərimizdən Türkiyəyə hücumlar üçün istifadə edilməsinə imkan verməyəcəyik, Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir, Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək, TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB, Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər, Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı,

XTQ gizirinin də şəhid xəbəri gəldi

XTQ gizirinin də şəhid xəbəri gəldi

Tarix: 20-02-2021, 12:06

44 günlük Vətən müharibəsində iştirak edən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, söhbət 1994-cü il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kənd sakini XTQ giziri Namazov Babək Səhman oğlundan gedir.

Onun şəhid olması barədə xəbəri Şəmkir rayonu İcra Hakimiyyəti yayıb. Məlumatda bildirilir ki, B. Namazovdan uzun müddət idi ki, xəbər yox idi. O, oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşüb.

Ötən gün isə onun yaxınları döyüçünün şəhid olduğu barədə xəbər alıblar.

Adı Müdafiə Nazirliyinin itkinlərlə bağlı yaydığı siyahıda olan əsgərimizin elə Cəbrayıl istiqamətində şəhidlik zirvəsinə ucaldığı deyilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR