Son Xəbər: Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı, Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR, “Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb, KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya” mövzusunda çıxış edib, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir,

Məşhur şou Azərbaycan toyunu göstərdi - Video

Məşhur şou Azərbaycan toyunu göstərdi - Video

Tarix: 29-09-2021, 11:17

Rusiyanın “Pyatnitsa!” (“Пятница!”) telekanalında Kirill Makaşov və Mişel Andradenin təqdimatında yayımlanan məşhur səyahət şousu “Oryol i Reşka”nın (“Орел и Решка”) budəfəki buraxılışı Azərbaycan və azərbaycanlılara həsr olunub.

Layihənin çəkilişləri avqustun əvvəlində Bakı və Qubada baş tutub.

Azərbaycanın paytaxtına gələn verilişin aparıcısı Kirill Makaşov taksi sürücüsünün onu şəhərin mərkəzinə ödənişsiz aparmasına, həmçinin sakinlərdən birinin onu öz evində gecələməyi təklif etməsinə yaxşı mənada təəccüblənib.

“İndi mən başa düşürəm ki, niyə Bakını “Qafqazın Dubayı” adlandırırlar. Çox gözəldir”, - şəhərlə tanış olan aparıcı heyrət içində deyib.

Yeni buraxılışın efirində, həmçinin Balaxanı qəsəbəsi və Yanardağ nümayiş etdirilib, zorxana və beynəlxalq istedad şoularında iştirakı ilə məşhurlaşan Əbdülhüseynovlar qardaşlarından bəhs edilib.

Proqramın bir hissəsi Azərbaycandakı toylara həsr olunub. Aparıcı Mişel Andrade Bakıdakı şadlıq saraylarının birində olub, habelə Quba şəhərində keçirilən toylardan birini lentə alıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR