Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Məşhurlar Səyyad Əlizadədən yazdı: “Canını qurtardı“

Məşhurlar Səyyad Əlizadədən yazdı: “Canını qurtardı“

Tarix: 1-10-2021, 11:25


Bəlli olduğu kimi, tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.

Sənətçinin ölümündən sonra sənət dostları sosial şəbəkələrdə onunla bağlı paylaşımlar ediblər.

Müğənni Nadir Qafarzadə: "Səyyad Əlizadəni itirdik, Allah rəhmət eləsin! Gözəl insan bu etibarsız dünyadan canını qurtardı. Ədalətsiz və amansız dünya, sən nələrə qadirsən... Yerin cənnət olsun"

Şairə Nazilə Səfərli: "Səni də itirdik bəyaz gecələrin ləkəsiz adamı…

Səni də itirdik, heyiflər olsun!

Üzündə qız-gəlin həyası,

Səsində bülbül havası,

Susdunmu əbədi?

Susdun dostum…"

Xeyriyyəçi, aparıcı Nuran Hüseynov: "Sənət insanların ölüm xəbəri mənim üçün ən üzücü məlumatdır. Sevmirəm bu cür xəbərləri, amma insanlıq halıdır, çox vaxt canımızın qədrini xəstələnəndə bilirik, əzizlərin qədrini isə itirəndə. Onun koronavirusa yoluxub, xəstəxanaya yerləşdirildiyini eşidəndə qulaqlarıma inanmamışdım. Əslində mən ona heç bir xəstəliyi yaraşdırmırdım da. Çünki o, başqa, heç kimə bənzəməyən oğul idi. Baməzə zarafatlarından, şirin söhbətlərindən doymaq olmazdı. Amma təəssüf ki, dünyanı cənginə alan COVİD-19 bəlasına o da yoluxdu və mücadilə verə bilmədi. Əvvəllər bəlkə də bizə inandırıcı gəlmirdi bu virus. Amma indi dostumuz, tanışımız bu bəlaya yoluxduqca günümüzün kabusuna çevrilən bu xəstəliyin ciddiliyini daha yaxşı anlamağa başlayırıq”. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR