Son Xəbər: Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı,

Azərbaycandakı İran bankının zərəri 35 milyon manatı ötdü - Müştərilər vəsaitlərini götürdü

Azərbaycandakı İran bankının zərəri 35 milyon manatı ötdü - Müştərilər vəsaitlərini götürdü

Tarix: 8-10-2021, 13:36


Azərbaycanda fəaliyyət göstərən 7 xarici bankdan biri olan "Bank Melli İran”  Bakı filialının aktivinin həcmi son illərin ən aşağı səviyyəsinə düşüb.

Mediabiz.az bankın açıqladığı məlumatlara istinadən bildirir ki, bu ilin oktyabrın 1-də bankın aktivlərinin dəyəri 86,5 milyon manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 milyon manat, yəni 7,7 faiz azalıb. 2020-ci ilin oktabrın əvvəlində İran bankının 93,7 milyon manat aktivi var idi.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin oktyabrın əvvəllində bankın aktivləri 110,4 milyon manat olmaqla hazırkı həcmdən 24 milyon manat çox olub.
2018-ci illə müqayisədə bankın aktivlərinin azalmasına nağd pul vəsaitlərinin 6,6 milyon manat, qiymətli kağızlara investisiyaların 4,8 milyon manat, maliyyə institutlarından alınacaq vəsaitlərin 2,5 milyon manat, digər aktivlərin 16 milyon manat azalması təsir edib.

Bank kredit qoyuluşunu bir il ərzində 4,4 milyon manat, 2018-ci ildən bəri isə 6,2 milyon manat artırıb.

Bankın aktivləri ilə bərabər öhdəlikləri də azalıb. Son bir ildə öhdəliklərdə azalma 8 milyon manatdan çox olub.

Bankın nizamnamə kapitalı isə 73,6 milyon manatdır. Amma yığılmış zərərin artması məcmu kapitalın nizamnamə kapitalından xeyli az olmasına səbəb olub. Belə ki, bankın yığılmış zərəri 2018-ci ildəki 20,5 milyon manatdan bu ilin oktyabrın 1-də 35,3 milyon manata qədər yüksəlib. Zərərlə əlaqədar bakın cəmi kapitalı 38,3 milyon manata düşüb. 2018-ci ildə bankın məcmu kapitalı 53,15 milyon manat idi.

Bu il bankda müştəri hesabları 871 min manat azalaraq 9,83 milyon manata geriləyib.

"Bank Melli İran”ın Bakı filialının gəlirləri ilk 9 ayda 3,3 milyon manat təşkil edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR