Son Xəbər: “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq, Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT, Hindistanda dünyanın ən böyük seçkiləri başladı, ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı, Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR, “Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb, KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: dəyişən tələblərə adaptasiya” mövzusunda çıxış edib,

İraqdan Azərbaycana təhvil verilən 38 uşaqla bağlı rəsmi - Açıqlama

İraqdan Azərbaycana təhvil verilən 38 uşaqla bağlı rəsmi - Açıqlama

Tarix: 28-10-2021, 09:30

2021-ci ilin 28 oktyabr tarixində İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 38 nəfər uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya bildirilib.

Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş koordinasiyalı və mərhələli tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə repatriantların olduğu yer və AR vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Bundan sonra onlar AR-ə qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib. Uşaqların Azərbaycana repatriasiyası prosesinə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından AR vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdad şəhərinə ezam edilib. İşçi Qrupunun üzvləri tərəfindən Azərbaycan vətəndaşlarının ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib.

Nəticədə Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşağın Bağdad-İstanbul-Bakı marşrutu üzrə ölkəmizə repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasına gəldikdən sonra uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Bu xüsusda, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər AR vətəndaşının İraq Respublikasından repatriasiyasına müvəffəq olunub.

Qeyd olunmalıdır ki, dövlətimizin öz vətəndaşına qayğısının bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti humanist addımdır. Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR