Son Xəbər: Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, Azərbaycanda yeni kollec yaradıldı, Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi, Sabah dörd rayonda təbii qaz kəsiləcək, İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?, Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?, Ərdoğan Almaniya Prezidenti ilə görüşüb, Bu ölkə Ağdamda məktəb tikəcək,

Binəli Yıldırım Şamaxıda oldu

Binəli Yıldırım Şamaxıda oldu

Tarix: 5-11-2021, 16:47


Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırım Şamaxı rayonuna səfər edib.

Qonaq bu günlərdə bərpə və yenidənqurma işlərindən sonra istifadəyə verilən Pirsaat Baba ziyarətgah-məscid kompleksində olub, cümə namazı qılıb.

Ona ziyarətgah-məscid kompleksi barədə məlumat verilib. Bildirilib ki, müxtəlif zamanlarda dağıntıya məruz qalmış orta əsrlərə aid bu ziyarətgah 1918-ci ildə Hacı Cəfərqulu adlı xeyirxah şəxs tərəfindən türbə şəklinə salınıb. Ziyarətgah sovetlər dövründə dağıdılsa da, müstəqilliyimizin bərpasından sonra 1993-cü ildə yenidən inşa edilib, lakin zəlzələ nəticəsində dini ocağa zərər dəymişdi. Ötən ildən başlayaraq həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində artıq dini ibadətgah yenidən əhalinin ixtiyarına verilib.

Sonra Binəli Yıldırım Şamaxı şəhərindəki Şahxəndan qəbiristanlığına gedib, orada XV əsrin məşhur şairi Nəsiminin qardaşı, şair Şahxəndanın (Şah-i Xəndan) məzarını ziyarət edib.

O, daha sonra Şamaxı Cümə Məscidi ilə tanış olub. Məlumat verilib ki, 743-744-ci illərdə inşa edilən bu məscid Cənubi Qafqazda Dərbənd cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məsciddir.

(apa)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR