Son Xəbər: Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq, Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir, ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir, Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, Azərbaycanda yeni kollec yaradıldı, Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi, Sabah dörd rayonda təbii qaz kəsiləcək, İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?,

Rusiya nüvə başlığı daşıya bilən təyyarəsini Belarusa göndərdi

Rusiya nüvə başlığı daşıya bilən təyyarəsini Belarusa göndərdi

Tarix: 11-11-2021, 09:51

Belarus-Polşa sərhədində qaçqınlarla bağlı gərginliyin artdığı bir zamanda Rusiya Belarusa nüvə başlığı da daşıya bilən TU-22M3 bombardmançı təyyarə göndərib.

2 rus təyyarəsi Belarus səmasında patrul uçuşları həyata keçirir.

Bu arada, Belarus-Polşa sərhədində atəş açılmasına dair görüntülər yayılıb. Məlumata görə, görüntüləri Polşa tərəfi yayıb. İddialara görə, Belarus hərbçiləri qaçqınları qarşı tərəfə keçməyə təhrik etmək üçün silahdan istifadə edib. Yüzlərlə qaçqının müxtəlif yollardan istifadə edərək Avropa Birliyinin sərhədi sayılan Polşaya keçmək cəhdi Avropanı hərəkətə keçirib. Avropalı nümayəndələr Varşavada təcili toplantı keçirəcək.

Qeyd edək ki, Avropa tərəfi gərginliyə görə Vladimir Putini ittiham edir. Onlar iddia edir ki, Putin bu yolla Avropanı xaosa sürükləməyə çalışır. Polşa isə Lukaşenkonu günahlandırıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR