Son Xəbər: Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq,

"Tarqovı"da FACİƏ: qadının başına daş düşdü

"Tarqovı"da FACİƏ: qadının başına daş düşdü

Tarix: 11-11-2021, 13:00


Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından xəsarət alan 4 nəfər "Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsə gətirilib.

Bu barədə  KTM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, mərkəzə yerləşdirilən iki nəfər - Əşrəfov Toğrul Əlvida oğlu və Soltanov Sadiq İslam oğlu Nəsimi rayonu, S.Əsgərova küçəsində binadan tökülən şüşə qırıntılarının nəticəsində xəsarət alıblar.

Daha bir nəfər Şıxəliyeva Diana Xəyal qızı "Tarqovı”da binanın balkonunun daş qırıqlarının tökülməsi nəticəsində alın nahiyəsindən yaralanıb. İsayeva Pərvanə Əhməd qızı isə Yasamal rayonu, M.Seyidov küçəsində ağacın aşması nəticəsində ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrdən üçünə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. İsayeva Pərvanə Əhməd qızının müalicəsi isə davam etdirilir.
 
(lent.az)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR