Son Xəbər: Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq, Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir, ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir, Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, Azərbaycanda yeni kollec yaradıldı, Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi, Sabah dörd rayonda təbii qaz kəsiləcək,

Təxribatçı bloger Peqov yenə Qarabağa gəldi - FOTOLAR

Təxribatçı bloger Peqov yenə Qarabağa gəldi - FOTOLAR

Tarix: 11-11-2021, 21:50


Azərbaycanın axtarışa verdiyi bloger, “Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenə Qarabağa gəlib.
Semyon Peqov sülhməramlı qüvvələrin müvəqqəti nəzarəti altında olan ərazilərdə olub. O həmçinin, Əsgəran qəsəbəsinin Ağdamla qonşu olan hissəsində qanunsuz xidmət aparan qanunsuz erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb, onlarla şəkil çəkdirib.
Peqov Azərbaycan Ordusunun mövqelərinin də foto və video çəkilişlərini aparıb.(modern.az)

Xatırladaq ki, Semyon Peqov II Qarabağ Müharibəsində Azərbaycana qarşı aparılan qərəzli informasiya müharibəsinin əsas ruporlarından biri olub.

Faktla bağlı 2020-ci ildə noyabrında  Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR