Son Xəbər: Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”, Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”, Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik, Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib, General-mayor vəfat etdi, Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq, Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın,

“Sədərək”də yeni axunda etiraz edən şəxs HƏBS EDİLDİ

“Sədərək”də yeni axunda etiraz edən şəxs HƏBS EDİLDİ

Tarix: 15-11-2021, 11:21


“Sədərək” Ticarət Mərkəzində yerləşən məscidin axundunun dəyişdirilməsinə etiraz edən Aydın Nağıyev həbs edilib.

Mediabiz.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A.Nağıyev noyabrın 12-də məscidin içində axund hacı Əkrəmin çıxarılaraq yerinə Fərid İsmayılzadənin təyin edilməsinə etirazını bildirib. O, hadisədən sonra “Sədərək” TM-nin mühafizəçiləri tərəfindən döyüldüyünü bildirmişdi.
Məsciddən A.Nağıyevin iddiaları ilə bağlı bildirilib ki, həmin şəxs özü barmağına xəsarət yetirdikdən sonra qanını üzünə sürtərək döyüldüyü görüntüsünü yaradıb.
Hadisə ilə bağlı Qaradağ RPİ 10-cu Polis Bölməsində araşdırma aparılıb.
Aydın Nağıyev İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmamaqda) ittiham edilib. Onunla bağlı toplanan materiallar Qaradağ rayon məhkəməsinə göndərilib. Hakimin qərarı ilə Aydın Nağıyev 15 sutka inzibati qaydada həbs edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR