Son Xəbər: ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir, Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA, Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, Azərbaycanda yeni kollec yaradıldı, Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi, Sabah dörd rayonda təbii qaz kəsiləcək, İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?, Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?, Ərdoğan Almaniya Prezidenti ilə görüşüb,

Ombudsman hərbçilərin pensiyası ilə bağlı məhkəməyə müraciət etdi

Ombudsman hərbçilərin pensiyası ilə bağlı məhkəməyə müraciət etdi

Tarix: 15-11-2021, 13:00


Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, "Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq Plenumun icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 7-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında” qanunun 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR