Son Xəbər: Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq, Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış, Zelenski Çasov Yara getdi, İlham Əliyev 4 kəndi də qaytardı, 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH, Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT, “Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”, Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV, Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq,

Paşinyanın təyin etdiyi müdafiə naziri məhkumluq həyatı yaşayıb

Paşinyanın təyin etdiyi müdafiə naziri məhkumluq həyatı yaşayıb

Tarix: 15-11-2021, 14:23

Xəbər verdiyimiz kimi, Ermənistanda Arşak Karapetyan müdafiə naziri vəzifəsindən azad olunub və onun yerinə Suren Papikyan təyin olunub.

Papikyan buna qədər baş nazirin müavini vəzifəsini tutub. Onun Müdafiə Nazirliyinin rəhbəri təyin olunması Ermənistanda birmənalı qarşılanmayıb.

Belə ki, Ermənistan KİV-də onun “parlaq” hərbi xidmət dövrü barədə informasiyalar yayılıb. Bəlli olub ki, Suren Papikyan hərbi xidmətdə olarkən ona qarşı sistemli şəkildə zorakılıq edən komandirini bıçaqlayıb. Sözügedən faktla bağlı cinayət işi açılıb. 2006-cı ilin martın 27-də Suren Papikyan Ermənistanın Hərbi Qarnizon Hərbi Məhkəməsi tərəfindən 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

O, “Nubaraşen” cəzaçəkmə müəssisəsində cəzasını çəkib. Bundan təxminən bir il sonra 2007-ci ilin fevralın 23-də amnistiya ilə azad olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR