Son Xəbər: AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq, Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ, “Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”, Bağça müdiri olmaq istəyənlər imtahan verəcək, Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI, Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir, Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM, Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi, Şəhidimizin bacısına yüksək vəzifə VERİLDİ, Kosova Avropa Şurasına üzv olur,

Əməliyyatda ölən şəxsin ailəsi həkimdən şikayətçidir

Əməliyyatda ölən şəxsin ailəsi həkimdən şikayətçidir

Tarix: 22-11-2021, 17:20


66 yaşlı Heydər Cəfərxanov Nəsrəddin Tusi adına klinikada əməliyyat zamanı vəfat edib. Mərhumun yaxınları ölümdə xəstəxananı ittiham edirlər. Onların iddiasına görə, bədbəxt hadisə kardioloq Samir Abbasovun səhvi ucbatından baş verib.

Şikayətçi Əyyub Cəfərxanov “Qafqazinfo”ya müraciət edərək bildirib ki, əmisi H. Cəfərxanova eyni vaxtda 6 stend qoyulub. O, elə əməliyyat masasında dünyasını dəyişib: “Həkim xəstənin vəziyyətini düzgün qiymətləndirməyib və eyni vaxtda 6 stend qoymaqla onun həyatına qəsd edib. Əmim şəkər xəstəsi idi. Ümumi yoxlanışa gedib. Həkim koronar angioqrafiya (anju) edib, sonra da dərhal əməliyyata aparıb. Onun heç yaxınları ilə məsləhətləşməyə də imkan verilməyib. Sadəcə lazım olan 8 min manatı istədi və əməliyyata salındı. Mütəxəssislər bildirir ki, belə bir xəstəyə eyni vaxtda 6 stend qoymaq olmazdı. Adətən iki stend qoyulur. Ən çarəsiz vaxtda isə 4 stend qoyula bilər”.

Xəstə yaxınları hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna müraciət ediblər, faktla bağlı cinayət işi başlanılıb.

Məsələ ilə bağlı klinikanın baş həkimi Afət Məhəmmədli ilə əlaqə saxladıq. O, xəstə yaxınlarının iddialarını əsassız adlandırıb: "Əvvəla, onlar xəstəxanaya pul köçürməyiblər. İkincisi, onların iddiası əsasında özlərinin də iştirakı ilə ekspertiza aparılıb və əməliyyatda həkim səhvi olmadığı tamamilə sübuta yetirilib. Məsələ burasındadır ki, biz əməliyyat olunmasını təklif etmişik, xəstə özü qəti şəkildə əməliyyatdan imtina edib. Bizdən öncə digər klinikada olublar, orada da əməliyyatın vacibliyi deyilib. Xəstəni həyatda saxlamağın yeganə digər yolu stend idi. Xəstə özü və yaxınları razılıq protokoluna qol çəkiblər. Stend implantasiyası uğurla başa çatıb. Yarım saat sonra tromboz əmələ gəlib. Xəstə bu səbəbdən rəhmətə gedib".

Fotoda: Həkim Samir Abbasov

Əməliyyatda ölən şəxsin ailəsi həkimdən şikayətçidir

Əməliyyatı həyata keçirən həkim Samir Abbasov isə mətbuata açıqlamasında bildirib ki, əməliyyat prosesi diskə yazılıb: “Xəstə 5-ci gün müraciət edib və anju olunub. Onun bütün damarlarında demək olar ki, tutulma var idi. Birinci xəstəyə açıq-ürək əməliyyatı məsləhət görüldü və bundan qəti imtina etdi. Daha sonra üstü açılıb ki, üç ay bundan qabaq hansısa bir mərkəzdə yenə anju olunub və yenə əməliyyat təklif ediblər. Amma xəstə qəti imtina edib. Xəstə bizə gələndə yoldaşına əməliyyatla bağlı məlumat verdik. O da həyat yoldaşı ilə danışdı, amma yenə də açıq ürək əməliyyatına razı olmadı. Gördüyümüz işlərin hamısı diskə yazılıb. Yəni stend qoyulan andan bitənə qədər diskə yazılır və disk də müvafiq orqanlara təqdim olunub”.

Həkim bildirib ki, stendlərin sayının çox olması müzakirə mövzusu deyil: “Praktikada 8-10, hətta mən Almaniyada 11 dənə də stend qoymuşam. Burada da vəziyyət belədir ki, birinci açıq ürək əməliyyatı olmalıdır, əgər olmasa stend qoyulmalıdır. Həmin xəstənin də bütün damarlarında tutulma olub. Biz uğurlu əməliyyat edib damarları normallaşdırdıq, sadəcə olaraq müasir təbabətdə də 100 xəstədən 8-də tomblaşma əmələ gəlir ki, bu dəqiqə dünyanın bəlası budur. Yer kürəsində ölənlərin tam 50%-i ürək-damar xəstəliyindən ölür. Yenidən qeyd edim ki, biz hər şeyi xəstənin yaxınlarına izah etdik, hətta xəstə açıq ürək əməliyyatından imtina etdiyi üçün stend qoyulmasına görə razılığını alıb imza da çəkdirmişik. Qeyd edim ki, ürəyin özü də çox zəif idi”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR