Son Xəbər: Ayrılan pullar bizə çatmır - Zelenski, Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır, Həmid Nurinin oğlu da İsveçdə həbs edildi, Kreml Puqaçova ilə bağlı açıqlama yaydı, “Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR, Milli Məclisin növbəti iclasının TARİXİ, Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH, “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı,

Bakıda qadının müəmmalı ölümü ilə bağlı sürücü polis tərəfindən saxlanılıb - VİDEO

Bakıda qadının müəmmalı ölümü ilə bağlı sürücü polis tərəfindən saxlanılıb - VİDEO

Tarix: 23-11-2021, 08:20


Bakının Yasamal rayonunda küçədə qadın dünyasını dəyişib.

APA xəbər verir ki, ölüm hadisəsi İnşaatçılar prospektində qeydə alınıb.

Prospektdə Əsgərova Aygün Zöhrab qızı yaşadığı binanın qarşısında yol kənarındakı səkidə qan içində meyiti aşkarlanıb. Məlum olub ki, o, Paşazadə Akif Pünhan oğluna məxsus 99-NS-060 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobildə qan itirib.

Qadın səkidə dünyasını dəyişib. Ölən şəxsin yaxınları hadisə yerinə gəlib. Məlum olub ki, Aygün Əsgərova bir müddət öncə həyat yoldaşından ayrılıb. Övladı isə atasının himayəsində yaşayır.

Hadisə yerinə cəlb olunan Yasamal Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları istintaq işi aparıb. Sürücü A.Paşazadə saxlanılıb.

Hazırda ölümün səbəbləri araşdırılır. Eskpertin APA-ya verdiyi məlumata görə, qadının burnundan qan axıb.

[media=https://youtu.be/p6mHtjPK9ik]




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR