Son Xəbər: Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir, Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA, Aslan Aslanov təltif olundu - FOTO, MİDA-nın vəzifəli şəxsi vəfat etdi, Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək, Bu gecə ilk Qədr gecəsidir, “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN,

İlham Əliyev hərbi xidmətlə bağlı SƏRƏNCAM İMZALADI

İlham Əliyev hərbi xidmətlə bağlı SƏRƏNCAM İMZALADI

Tarix: 23-11-2021, 17:10


Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.


"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2022-ci il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaqlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR