Son Xəbər: Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?, Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər, Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır, “Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin, Zelenski Baydenlə Ukraynaya hərbi yardımı müzakirə edib, İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM, Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH, MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb, İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL, ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi,

Əliyevlə Paşinyan bu mövzuları müzakirə edəcək

Əliyevlə Paşinyan bu mövzuları müzakirə edəcək

Tarix: 23-11-2021, 21:41

“ATƏT-in Minsk qrupu çərçivəsində İlham Əliyevlə görüşə hazıram”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı bildirib. Onun sözlərinə görə, dekabrın 15-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcək.

“Qarşıdan gələn görüşlərlə bağlı xəbərlər müsbət qarşılanmalıdır. Görüşlərdə delimitasiya və demarkasiya prosesinin nədən başlanacağı ilə bağlı məsələlər müzakirə olunacaq”, - Paşinyan qeyd edib.

Erməni Baş nazir əlavə edib ki, vəziyyəti həll etmək və böhranlardan qaçmaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında danışıqlar tez-tez aparılmalıdır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR