Son Xəbər: ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar, Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI, İlham Əliyev Zelenskini COP29-a dəvət edib,

Səhiyyə Nazirliyi bu mesajla bağlı vətəndaşlara xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi bu mesajla bağlı vətəndaşlara xəbərdarlıq etdi

Tarix: 24-11-2021, 13:40

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə “WhatsApp” üzərindən “spam” mesajlar göndərilir.

Bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, mesaj göndərən şəxs Səhiyyə Nazirliyinin depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğunu iddia edir:

“Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir. Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir”.

Nazirlik, həmçinin vətəndaşlardan xahiş edir ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər. Artıq aidiyyəti qurumlar bu mesajlarla bağlı məlumatlandırılıb.

Səhiyyə Nazirliyi bu mesajla bağlı vətəndaşlara xəbərdarlıq etdi




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR