Son Xəbər: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar, Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI, İlham Əliyev Zelenskini COP29-a dəvət edib, Deputatlar 18 məsələni müzakirə edir, Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?, Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər,

İlham Əliyevdən şəhid ailələri ilə bağlı FƏRMAN

İlham Əliyevdən şəhid ailələri ilə bağlı FƏRMAN

Tarix: 24-11-2021, 17:20


Prezident İlham Əliyev 25 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi xidmətlərə şəhid statusu verilmiş şəxsin vərəsələrinə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu əlavə edilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göstərdiyi çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi xidməti isə müddətli həqiqi hərbi xidmətdə olmasına dair arayış verilməsi xidməti ilə əvəzlənib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR