Son Xəbər: Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB, İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib, Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ, Şimali Makedoniyada prezident seçkiləri keçirilir, Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar, İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar, Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video, ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı,

Şuşada bu abidələrə reklam yerləşdirmək qadağandır - SİYAHI

Şuşada bu abidələrə reklam yerləşdirmək qadağandır - SİYAHI

Tarix: 25-11-2021, 19:24

 
Nazirlər Kabineti Şuşa şəhərinin ərazisində reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısını təsdiq edib.
Bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Bildirilib ki, qərar “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Nazirlər Kabineti tərəfindən müvafiq Qərarın qəbul edilməsi Şuşa şəhəri ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması, salamatlığının təmin edilməsi, quruluşuna xələl gətirilməməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasına hüquqi zəmin yaradır, həmçinin, ərazidə qoruq rejiminin tətbiqinə imkan verir.
Bununla Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət tərəfindən mühafizəsi gücləndirilir.
Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı ilə linkdə tanış ola bilərsiniz.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR