Son Xəbər: İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar, Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video, ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar,

Əliyevin çıxışı göstərdi ki, Bakı və Moskva... - TƏHLİL

Əliyevin çıxışı göstərdi ki, Bakı və Moskva... - TƏHLİL

Tarix: 27-11-2021, 10:32


Liderlərin mətbuata bəyanatlarında şifahi razılaşmalar və mesajlar əksini tapıb. Və məlum olur ki, masada nəzəri cəhətdən müsbət nəticələr əldə olunub.

1. İlin sonuna kimi sərhədin delimitasiyası və demarkasiyası mexanizmləri yaradılacaq;

2. Görüşdə kommunikasiyaların açılması ilə bağlı razılaşmanın detalları gələn həftə açıqlamacaq: Putin bildirir ki, “Gələn həftə, - bu, bizim növbəti razılaşmadır, - onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar”.

Bu, görüşdə kommunikasiyanın açılması ilə bağlı razılaşmaların üçtərəfli bəynatda tam əksini tapmadığı deməkdir: mümkündür ki, liderlər nəqliyyat xətlərinin açılması qrafiki müzakirə edilib və müəyyən razılaşmalar var; İşçi Qrupu razılaşdırılmayan texniki məsələlərə yekun vurulduqdan sonra qərar açıqlanacaq;

3. Əliyevin çıxışı göstərdi ki, Bakı və Moskva proseslərlə bağlı eyni mövqedədir. Azərbaycan prezidenti iki mesaj da vardı:

- Bakı Rusiyanın təşkil etdiyi formatdan kənara çıxmaq niyyətində deyil: Bu, Qərbə üz tutan Paşinyanın mövqeyinin zəiflədilməsi məqsədi də daşıyırdı;

- Əliyev “düşünürəm ki, görüşümüzün yekununun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazım gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaq” deyə, bildirdi. Bu, o deməkdir ki, Bakı görüşdə əldə olunan razılaşmaların icrasının uzadılmasını qəbul etməyəcək və Əliyev regionda təhlükəsizliyin bundan asılı olacağının mesajını verdi.

4. Ermənistan sərhədin delimitasiya və demarkasiyasına, eləcə də kommunikasiyaların açılmasına razılaşıb: Putinin nəqliyyat xətlərindən danışarkən “dəhliz” ifadəsinə üstünlük verməsi və Əliyevin xəbərdarlıq mesajı Paşinyanın Zəngəzur dəhlizi istəyinin qəbul edilmədiyi ehtimalını gücləndirir;

Müəllif: Asif Nərimanlı




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR