Son Xəbər: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq, Kirayə evə görə vergini kim ödəməlidir?, Başlıbel faciəsindən 31 il ötür, Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları, Türkiyə Livandakı vətəndaşlarına xəbərdarlıq etdi, Qanun Tiflisi AB-dən uzaqlaşdıracaq - Mişel, Brüssel görüşünün təfərrüatları - Ermənistanla bağlı təhlükəli plan - ŞƏRH, Prezidentdən Şuşa ilə bağlı - Sərəncam, Avropa İttifaqından Gürcüstana "xarici agentlər" qanunu barədə 4-cü ÇAĞIRIŞ, Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib,

Operativ Qərargahın iclası keçirildi - Yeni il və “Omicron” gündəmdə

Operativ Qərargahın iclası keçirildi - Yeni il və “Omicron” gündəmdə

Tarix: 29-11-2021, 19:59


Bu gün Baş nazir, Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş iclası keçirilib.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, iclasda pandemiya ilə bağlı hazırkı vəziyyət – yoluxmanın miqyası, xəstələrin müalicəsi, peyvəndlənmənin sürəti və miqyası, xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair məsələlər müzakirə olunub.

Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

İclasda, habelə "Omicron" ştammı və ona qarşı proflaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.

Operativ Qərargahın iclası keçirildi - Yeni il və “Omicron” gündəmdə




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR