Son Xəbər: “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir, Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA, Aslan Aslanov təltif olundu - FOTO, MİDA-nın vəzifəli şəxsi vəfat etdi, Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək, Bu gecə ilk Qədr gecəsidir,

Peyvənd olunmanı təsdiqləyən sertifikat müddətsiz olacaq

Peyvənd olunmanı təsdiqləyən sertifikat müddətsiz olacaq

Tarix: 29-11-2021, 20:24


COVID sertifikatlarının etibarlılıq müddəti müəyyənləşib.

Bu, “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanlnması qaydası” barədə Baş nazir Əli ƏSədovun imzaladığı sənəddə əksini tapıb.

Belə ki, COVID sertifikatlarının etibarlılıq müddəti aşağıdakı kimidir:

COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə – müddətsiz;

COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə - 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin bir dozasını 56 gün ərzində aldıqda – müddətsiz;

Peyvəndləməyə əks göstərişi təsdiqləyən sertifikat üzrə – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin ambulator-poliklinik tibb müəssisələrinin peyvəndləmə prosesinə nəzarət komissiyaları tərəfindən göndərilən tibbi arayışlara baxılaraq, Səhiyyə Nazirliyinin əsaslandırılmış rəyinə əsasən müəyyən edilmiş müddətə;

Neqativ PZR test nəticəsini əks etdirən sertifikat üzrə – 72 saat (nəticənin elan olunduğu saatdan).

Xarici sertifikatların etibarlılıq müddəti xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə münasibətdə beynəlxalq təcrübədə nəzərdə tutulmuş razılaşmalarla, Azərbaycan vətəndaşlarına münasibətdə isə bu Qaydaya uyğun olaraq müəyyən edilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR