Son Xəbər: Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub, İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar, Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar, Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto, Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər, Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?, Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar, Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi, Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat, Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq,

General-leytenant Etibar Mirzəyev İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü - Fotolar

General-leytenant Etibar Mirzəyev İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü - Fotolar

Tarix: 1-12-2021, 19:43


Dekabrın 1-də Türkiyə Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) rəhbərinin müavini İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Səfərin məqsədi “Azərbaycan-Türkiyə İqtisadi Əməkdaslığına dair Fəaliyyət Planı”na əsasən Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Türkiyə Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) arasında əlaqələrin daha da inkişaf etdirilməsi, müxtəlif istiqamətlər üzrə məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, münasibətlərin ayrı-ayrı aspektləri üzrə fikir mübadiləsinin aparılması olub.

Səfər çərçivəsində nazir müavini general-leytenant Etibar Mirzəyev Fəlakət və Fövqəladə Hallar Departamenti rəhbərinin müavini İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları nazir Kəmaləddin Heydərovun adından səmimiyyətlə salamlayan nazir müavini Etibar Mirzəyev əvvəlcə Türkiyədə baş vermiş güclü qasırğa nəticəsində dünyasını dəyişənlərlə əlaqədar başsağlığı verib və yaralılara Allahdan şəfa dilədiyini bildirib.

Nazir müavini Azərbaycan torpaqlarının işğaldan azad olunması yolunda Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və qardaş türk xalqının Azərbaycan dövlətinin və xalqının yanında olduğunu xatırladaraq bunu qardaşlığımızın bariz nümunəsi adlandırıb. E.Mirzəyev hər iki qardaş ölkə arasındakı münasibətlərin hər zaman yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, bütün digər sahələrdə olduğu kimi fövqəladə halların idarə edilməsi istiqamətində də sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Nazir müavini 2011-ci ildə Türkiyənin Van vilayətində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş ölkəyə köməyə yetişən ilk ölkənin Azərbaycan olduğunu xatırladıb. O, həmçinin bu ilin iyul-avqust aylarında Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin fəaliyyətinə də toxunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının Fəlakət və Fövqəladə Hallar Departamenti rəhbərinin müavini İsmayıl Palakoğlu Azərbaycanda təlim zamanı hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçularımızla əlaqədar başsağlığını çatdırıb, yaralananlara şəfa dilədiyini deyib.

Hər iki ölkənin fövqəladə hallarla mübarizə sahəsində fəaliyyət göstərən qurumları arasında mövcud əlaqələrin ildən-ilə inkişaf etdiyini önə çəkən İ.Palakoğlu bu ilin yayında Türkiyədəki yanğınların söndürülməsində Azərbaycan yanğınsöndürən-xilasedicilərinin fəaliyyətini yüksək qiymətləndirdiklərini ifadə edib. Göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərini bildirən qonaq hər iki ölkənin müvafiq qurumları arasında bundan sonra da əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. İsmayıl Palakoğlu Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin  Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi üçün iki ölkənin qurumları arasında birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş videoçarxlar nümayiş olunub.

Sonra türkiyəli qonaqlar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə səfər edib, Agentliyin rəisi Cəbrayıl Xanlarovla görüşüb, qurumun fəaliyyəti ilə yerində tanış olublar.

Qeyd edək ki, səfər çərçivəsində AFAD nümayəndə heyəti FHN-in strukturuna daxil olan digər qurumlarına və Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinə də səfər edib, onların fəaliyyəti ilə yaxından tanış olacaqlar.

General-leytenant Etibar Mirzəyev İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü - Fotolar




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR