Son Xəbər: “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir, Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA, Aslan Aslanov təltif olundu - FOTO, MİDA-nın vəzifəli şəxsi vəfat etdi, Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək, Bu gecə ilk Qədr gecəsidir,

"Tətiyi çəkməmişəm" - Rejissorun ölümünə səbəb olan aktyor

"Tətiyi çəkməmişəm" - Rejissorun ölümünə səbəb olan aktyor

Tarix: 2-12-2021, 21:17


Aktyor Alek Bolduin ölümünə səbəb olduğu quruluşçu rejissor Qalina Xatçinslə bağlı cinayət işinin istintaqı davam edir.

"ABC" kanalına müsahibə verən aktyor tapançanın tətiyi çəkmədiyini bildirib:

"Xeyr, xeyr, xeyr. Mən heç vaxt kiməsə silah doğrultmadım və tətiyi çəkmədim".

Qeyd edək ki, hadisə ABŞ-da "Rust" filminin çəkilişləri zamanı baş verib. Alek Bolduin döyüş səhnəsi çəkilişində silahdan atəş açıb. Bu zaman tapançanın içindəki boş patronlar əvəzinə, səhvən döyüş qabiliyyətli güllələrin olması faciə ilə nəticələnib. Güllələrdən biri filmin rejissoru Coel Souza, digəri isə quruluşçu rejissor Qalina Xatçinsə dəyib. Coel körpücük sümüyündən yaralansa da, 42 yaşlı operator Qalina çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

İlkin açıqlamada tətiyin Alek tərəfindən çəkildiyi bildirilsə də, istintaq hələlik təfərrüatları açıqlamayıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR