Son Xəbər: Azad Rəhimovun oğlu dindirilib, Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş..., AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq, Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ, “Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”, Bağça müdiri olmaq istəyənlər imtahan verəcək, Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI, Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir, Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM, Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi,

Tokio-2020: Bu gün 3 idmançımız mübarizə aparacaq

Tokio-2020: Bu gün 3 idmançımız mübarizə aparacaq

Tarix: 1-09-2021, 09:38


"Tokio-2020" Yay Paralimpiya Oyunları davam edir. Paralimpiadanın səkkizinci günündə - sentyabrın 1-də Azərbaycanın 3 idmançısı mübarizə aparacaq.

Yarış günündə idmançılarımızdan 1-i atletika və digər 2-si isə üzgüçülük yarışlarında güclərini sınayacaqlar. Atletimiz Elmir Cəbrayılov 400 metr məsafəyə qaçış yarışlarında iştirak edəcək.

Təmsilçilərimiz Dana Şandıbina və Vəli İsrafilov 100 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında mübarizə aparacaqlar.

Azərbaycan komandasının hesabında 15 medal var. Onlardan 10-u qızıl, 1-i gümüş və 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə arxası üstə və sərbəst üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışlarını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Azərbaycan medal qazanan 80 ölkə arasında 10-cu pillədə yer alıb.“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 35 idmançı təmsil edir. Atletlərimizin 23-ü kişi və 12-si qadındır. XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR