Son Xəbər: Bu gecə ilk Qədr gecəsidir, “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN, Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı, Şahmar Hüseynova yeni vəzifə verildi, Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən, Sabah bu rayonda qaz olmayacaq, İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU, Taksilər yalnız bu rənglərdə olacaq - Qərar, Azad Rəhimovun oğlu dindirilib, Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...,

"Sabah bizi ağır oyun gözləyir" - "Qarabağ"ın kapitanı

"Sabah bizi ağır oyun gözləyir" - "Qarabağ"ın kapitanı

Tarix: 15-09-2021, 18:45

"Sabah bizi ağır oyun gözləyir. Çox məsuliyyətli matç olacaq".

Bunu "Qarabağ"ın kapitanı Maksim Medvedev Konfrans Liqasının qrup mərhələsinin I turunda "Bazel"lə keçiriləcək oyun barədə danışarkən deyib.

Sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransına qatılan 32 yaşlı müdafiəçi, qrup mərhələsinə qələbə ilə başlamaq istədiklərini söyləyib: 

"Ab-hava yaxşı vəziyyətdədir. Səbrsizliklə bu qarşılaşmanı gözləyirəm. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, uğurlu nəticə qazanacağıq. Rəqibi təhlil etmişik. Hələ də analiz üçün vaxtımız var".

"Biz mərkəzi arenada oynamağa öyrəşmişik. Ora bizim üçün uğurlu stadiondur. BOS-da isə oyunumuz alınmır və yaxşı nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik".





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR