Son Xəbər: Həmid Nurinin oğlu da İsveçdə həbs edildi, Kreml Puqaçova ilə bağlı açıqlama yaydı, “Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR, Milli Məclisin növbəti iclasının TARİXİ, Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH, “AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb, Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir,

“The Sun” Mahir Emrelini manşetə çıxardı

“The Sun” Mahir Emrelini manşetə çıxardı

Tarix: 1-10-2021, 22:06

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” dünən İngiltərə “Lester”inə qalib gəlib. Oyunun tək qolunu isə Mahir Emreli vurub.

Mahirin oyundan sonra müsahibə verərkən geyindiyi köynək diqqət çəkib.

Köynəyin üzərində matçın yekunu olan 1:0 nəticəsi əks olunub.

Dünyaca məşhur “The Sun” nəşri də bu hadisəyə biganə qalmayıb və Mahiri öz manşetlərinə daşıyıb.

Xəbərdə Varşava “Legiya”sının oyunun nəticəsini göstərən köynəyi satışa çıxarmasından bəhs olunur.

Nəşr “Legiya”nın rəsmi hesabında Mahirin şəkli ilə paylaşılan “Belə oyunlar əsla unudulmaz” qeydini də xatırladıb. Bildirilib ki, azarkeşlər köynəkləri onlayn əldə etməklə, o anları əbədi xatırlayacaqlar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR