Son Xəbər: “Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb, KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir, UEFA “Barselona” klubunu cərimələyib, ABŞ İrana qarşı sanksiyaları genişləndirib, Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH, “İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim, “İrəvandan aydın reaksiya gözləyirik”, Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var, Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq,

"Komandamda yorğunluq gördüm" - Qurban Qurbanov

"Komandamda yorğunluq gördüm" - Qurban Qurbanov

Tarix: 29-11-2021, 20:46

"Yaxşı komandaya qarşı oynadıq. Bu il tam fərqli "Qəbələ" görürük. Bu gün də tam göstərdilər ki, liderlər sırasında yer almağa layiqdirlər. Çox istəkli idilər".

Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasında yorğunluq gördüyünü söyləyib: "Açığı, belə bir halın yaşanacağını gözləyirdim. Həm UEFA Konfrans Liqasındakı son oyundan, həm də bu ilki qrafikimizdən sonra futbolçular yorğunluğu hiss etməlidir. Buna baxmayaraq, yaxşı mübarizə apardılar, güclərini meydanda ortaya qoydular. Hər bir halda 1 xal qazandıq".

Sonda "Qəbələ"yə uğurlar arzu edən Qurbanov komandaya stadionda dəstək olan azarkeşlərə təşəkkürünü bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR