Son Xəbər: Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?, “Crocus City Hall” terrorunda yaralananların sayı artdı, Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir, İran bu ölkələri Xəzərə buraxmaq istəmir, Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA, Aslan Aslanov təltif olundu - FOTO, MİDA-nın vəzifəli şəxsi vəfat etdi, Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək, Bu gecə ilk Qədr gecəsidir, “Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN,

UFC prezidenti koronavirusa yoluxub

UFC prezidenti koronavirusa yoluxub

Tarix: 2-12-2021, 21:05


UFC prezidenti Deyna Uayt koronavirusa yoluxub. Bu barədə onun özü “MMVPN Sports” “YouTube” kanalında Cim Romun podkastının efirində bildirib.

Uayt, özünün və ailəsinin Mendə “Şükranlıq Günü”nü birlikdə keçirdikdən sonra koronavirusa yoluxduğunu açıqlayıb. UFC prezidenti əlavə edib ki, buxar otağında evkalipt iyini hiss etmədikdən sonra iybilmə qabiliyyətini itirdiyini öyrənib.

Uayt həmçinin tam vaksinasiyadan keçdiyini vurğulayıb.

UFC prezidenti test nəticəsi mənfi olarsa, şənbə günü Las-Veqasda keçiriləcək “Fight Night” turnirində iştirak etməyi planlaşdırır.

“Mən evdə qalacağam və 10 gün başqa insanlardan uzaq qalacağam. Əgər növbəti test mənfi nəticə versə, o zaman orada olacağam, mənfi cavab çıxana qədər iki gündən bir test etdirəcəyəm və sonra mümkün qədər tez işə qayıdacağam”, - deyə Uayt əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR