Son Xəbər: Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı, Şahmar Hüseynova yeni vəzifə verildi, Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən, Sabah bu rayonda qaz olmayacaq, İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU, Taksilər yalnız bu rənglərdə olacaq - Qərar, Azad Rəhimovun oğlu dindirilib, Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş..., AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq, Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ,

Yığmamız Avropa çempionatına getməkdən imtina etdi - Fransanın qərarına görə

Yığmamız Avropa çempionatına getməkdən imtina etdi - Fransanın qərarına görə

Tarix: 12-08-2020, 15:44


COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən karantin rejiminin yumşaldılması çərçivəsində Nazirlər Kabineti yanında operativ qərargahın 10 avqustdan etibarən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verməsi şosse velosipedi üzrə 23 yaşadək (U-23) və gənclər yığmamızın üzvlərinin Tovuz rayonuna təlim-məşq toplanışına yollanmasına şərait yaradıb.
Oxu.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun sonunadək Tovuzda hazırlıq keçəcək yığma üzvlərimizin sentyabrda Türkiyədə keçiriləcək bir neçə beynəlxalq turnirdə, həmçinin, İsveçrədə təşkil olunacaq dünya çempionatında iştirakı planlaşdırılır.
Qeyd edək ki, Fransa hökumətinin iki həftəlik karantin tələbi səbəbindən yığma komandamız avqustun 24-28-də bu ölkədə təşkil ediləcək Avropa çempionatında iştirak etməyəcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR