Son Xəbər: ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir, UEFA “Barselona” klubunu cərimələyib, ABŞ İrana qarşı sanksiyaları genişləndirib, Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH, “İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim, “İrəvandan aydın reaksiya gözləyirik”, Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var, Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq, Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV, Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam,

“Qarabağ” səpələnmişlər səbətində - 5 potensial rəqib də bəllidir

“Qarabağ” səpələnmişlər səbətində - 5 potensial rəqib də bəllidir

Tarix: 27-08-2020, 09:05


Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşa biləcəyi potensial rəqiblər müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, Ağdam klubu bu mərhələnin püşkatmasında da səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, Azərbaycan çempionu səpələnməmişlər səbətində yer alan nisbətən zəif rəqiblərdən biri ilə qarşılaşacaq. Bunlar “Molde”, “Midtyulland”, “Ferentsvaroş”, “Omoniya” və Brest “Dinamo”sudur.

Qeyd edək ki, ÇL-in 3-cü təsnifat mərhələsinin püşkatması avqustun 31-də keçiriləcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər:
Dinamo (Zaqreb, Xorvatiya)
Yanq Boyz (İsveçrə)
Srvena Zvezda (Serbiya)
Qarabağ (Azərbaycan)
Makkabi (Təl-Əviv, İsrail)

Səpələnməmişlər:
Molde (Norveç)
Midtyulland (Danimarka)
Ferentsvaroş (Macarıstan)
Omoniya (Kipr)
Dinamo (Brest, Belarus)

Liqa yolu

Səpələnmişlər:
Benfika (Portuqaliya)
Dinamo (Kiyev, Ukrayna)
Gent (Belçika)

Səpəənməmişlər:
Rapid (Vyana, Avstriya)
PAOK (Yunanıstan)
Alkmaar (Niderland)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR