Son Xəbər: İrəvandakı yürüşdə Azərbaycan və Türkiyə bayraqları yandırıldı - Fotolar, Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video, ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır, Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək, Əli Əsədov yeni qərar imzaladı, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO, Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?, Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik, Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH, Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar,

“Qarabağ”-“Sivasspor” klublarının start heyətləri açıqlandı

“Qarabağ”-“Sivasspor” klublarının start heyətləri açıqlandı

Tarix: 26-11-2020, 21:14

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Sivasspor” komandalarının start heyətləri müəyyənləşib.
 
Mediabiz.az xəbər verir ki, ölkədəki hərbi vəziyyətlə əlaqədar rəqibini İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda qəbul edəcək Azərbaycan çempionun start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Kevin Medina, Vild-Donald Gerye, Elvin Cəfərquliyev, İsmayıl İbrahimli, Uroş Matiç, Ovusu Kvabena, Tural Bayramov, Abdullah Zubir və Mahir Əmrəli yer alıblar.
 
“Sivasspor”un ilk onbirliyində isə meydana Mamadu Samassa, Marselo Qoyano, Caner Osmanpaşa, Uğur Çiftçi, Robin Yalçın, Klaudemir, Faysal Fayr, Erdoğan Yeşilyurt, Hakan Arslan, Mustafa Yatabare və Kazimir Ninqa çıxacaq.
 
Qarşılaşmanı Danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Yakob Kehlet olacaq. Ona Heine Sorensen və Lars Hummelgaard kömək edəcək. Dördüncü hakim funksiyasını Yens Maee yerinə yetirəcək.
Qrupda xalsız yeganə komanda olan “Qarabağ” sonuncu, Sivas təmsilçisi isə 3 xalla 3-cü sırada yer alıb. "Köhlən atlar" bu görüşdə də uduzsa, pley-offa çıxmaq şanslarını itirəcək.
 
Hər iki komanda matça ciddi itkilərlə çıxacaq. "Qarabağ"da Filip Ozobiç cəza səbəbindən, Maksim Medvedev və Rahil Məmmədov koronavirusa yoluxduqları üçün matçı buraxacaqlar. Digər zədəlilər - Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovun meydana çıxıb-çıxmayacaqları sual altındadır. "Sivasspor"da isə 8 futbolçu koronavirus probleminə görə oynaya bilməyəcək. Onların arasında əsas heyət üzvlərinin də olduğu bildirilir.
Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə Tel-Əviv "Makkabi"si ilə üz-üzə gələcək. La Liqa klubu səfərdə qələbə qazanacağı təqdirdə, qrup lideri kimi növbəti mərhələyə vəsiqəni təmin edəcək.
 
Qeyd edək ki, saat 21:55-də başlayacaq görüş “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR